Yaxın Şərq
İsrail onu xilas etmək üçün ABŞ-dan KÖMƏK İSTƏDİ - FOTO
İsrail hakimiyyəti İsrail vətəndaşı Arbel Yehudun azad edilməsi üçün HƏMAS-la danışıqlarda vasitəçilərə - Misir və Qətərə təsirindən istifadə etmək üçün ABŞ prezidenti Donald Trampın administrasiyasına müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid məlumat verib.
“İsrail Tramp administrasiyasından Qətər və Misirdən HƏMAS-ı girov müqaviləsini pozmasını düzəltməyə və İsrail vətəndaşı Arbel Yehudu azad etməyə məcbur etmələrini xahiş etdi” - deyən Ravid, adının açıqlanmayan bir İsrail rəsmisinə istinadla bildirib.
Ravidin sözlərinə görə, sorğu ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Vitkoffa göndərilib .
Razılaşmanın şərtlərinə görə, Yehud yanvarın 25-i şənbə günü azad edilməli idi.
"Qrup vasitəçilərə Arbel Yehudun sağ olduğunu və gələn şənbə günü azad ediləcəyini bildirdi", - HƏMAS mənbəsi deyib.
HƏMAS daha əvvəl dörd israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə, qarşılığında isə 200 fələstinli məhbus qarşı tərəfə verilib.
Hüseyn İbadlı
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq















.jpg)

.jpg)



















