Yaxın Şərq
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa yəhudi dövlətinə 2000 funt-sterlinq (təxminən 907 kq) hava bombalarının tədarükünə qoyulan qadağanı aradan qaldırdığına görə təşəkkür edib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Netanyahu Trampa “İsrailə ümumi düşmənləri müdafiə etmək və onlarla mübarizə aparmaq üçün lazım olan vasitələri vermək vədini yerinə yetirdiyinə” görə təşəkkür edib", - agentliyin mənbəsi bildirib.
Yanvarın 25-də "Axios" portalı üç israilli mənbəyə istinadla bildirib ki, Tramp Pentaqona əvvəlki Amerika administrasiyasının İsrailə 2000 funt-sterlinqlik hava bombalarının tədarükünə qoyulan qadağanı ləğv etmək əmri verib.
Ertəsi gün Tramp administrasiyanın İsrailə 2000 funt-sterlinqlik raketlərin göndərilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını təsdiqləyib.
"Çatdırılmanı niyə əmr etdiniz" sualına Tramp “Çünki onları alıblar” deyə cavab verib. O, həmçinin bildirib ki, onun prezident kimi ilk xarici səfəri Səudiyyə Ərəbistanı və ya Böyük Britaniyaya ola bilər.
Hüseyn İbadlı
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq















.jpg)

.jpg)



















