Yaxın Şərq
SEPAH bütün dünyanı hədələdi: Müharibə hələ bitməyib, məhv edərik
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı İbrahim Cabbari Körfəz bölgəsində gərginliyin artması ilə bağlı sərt açıqlama verib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, əgər vəziyyət bu şəkildə davam edərsə, “enerji bazarı deyə bir şey qalmayacaq”.
Cabbari bildirib ki, ABŞ və müttəfiqlərinin bölgədəki fəaliyyəti, xüsusilə də Hörmüz boğazında artan hərbi varlığı İranı daha sərt addımlar atmağa məcbur edə bilər. O vurğulayıb ki, İranın bölgədəki strateji imkanları istənilən anda enerji nəqliyyatını iflic edə bilər. Yəni İran Fars körfəzində enerji tranzitini əngəlləyə biləcək variantlardan istifadə edəcək.
“Biz hələ də müharibədəyik və savaş bitməyib. Müharibənin dayandırılması qarşı tərəfin zəifliyi və acizliyi ilə bağlı olub. Düşmənlər bilməlidir ki, İran yalnız sözlə kifayətlənməz. Əgər məcbur etsələr, dünya enerji bazarını sarsıdacaq addımlar atmaqdan çəkinməyəcəyik”, – Cabbari əlavə edib.
Qeyd edək ki, Hörmüz boğazı dünyada neftin əsas nəqli marşrutlarından biri sayılır. Buradan gündəlik təxminən 20 milyon barel neft daşınır. İranın bu bölgədə hərbi aktivliyi və təhdidləri enerji bazarlarında ciddi narahatlıq yaradıb.
Akqabay
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq




















.jpg)
















