Yaxın Şərq
ABŞ və İsrailin görünməmiş əməliyyatı: Tarazlıq dəyişir, İran pat vəziyyətinə salınır
ABŞ Nümayəndələr Palatasında hər iki partiyanın qanunvericiləri tərəfindən təqdim edilən yeni qanun layihəsi Yaxın Şərqdəki tarazlığı dəyişdirə biləcək bir addım ola bilər.
Publika.az “Yedioth Ahronot” nəşrinə istinadən xəbər verir ki, təsdiqini gözləyən qanun layihəsinə görə, "ABŞ və İsrail arasında görünməmiş bir əməliyyat əməkdaşlığı təmin edəcək. Bu əməkdaşlıq təyyarələrin yerləşdirilməsi, avadanlıqların təmin edilməsi və personalın təhsilini əhatə edəcək".
İsrail mətbuatının yazdığına görə, bununla belə, İranın nüvə obyektlərini vuran B-2 təyyarələrinə İsrailin daimi sahibliyindən və ya birbaşa nəzarətindən söhbət gedə bilməz .
ABŞ heç vaxt B-2 bombardmançılarını xarici ölkəyə ötürməyib. 2024-cü ilə qədər ABŞ ordusunda 24 aktiv B-2 olub. Bu gizli bombardmançılardan yeddisi 37 saatlıq səfərdə İrandakı üç əsas nüvə obyektinə edilən hücumlarda istifadə edilib.
Demokrat Coş Kotteymer və Respublikaçı Mike Lavler tərəfindən təqdim edilən qanun layihəsi, Trampa İranın nüvə silahı istehsal edəcəyi təqdirdə İsrailin bütün ssenarilərə hazır olmasını təmin etmək üçün addımlar atmağa səlahiyyət verəcək. İsrail mətbuatı bunu “Yaxın Şərqdəki tarazlığı dəyişdirə biləcək hərəkət” kimi qələmə verir. Qanun layihəsinin qəbulu İsraildə “yüksək ehtimal” kimi qiymətləndirilir.
Tural
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq




















.jpg)
















