Yaxın Şərq
İsrail Rusiyanın qapısını döydü - Bu iki ölkə ilə bağlı gizli danışıqlar
İsrail İran və Suriya məsələləri ilə bağlı Rusiya ilə gizli diplomatik görüşlər keçirib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı İsrailin dövlət televiziyası KAN yayıb.
Məlumata görə, İsrail rəhbərliyi İranda əldə edilən atəşkəsdən təxminən bir həftə sonra Rusiya ilə gizli təmaslara başlayıb. Məqsəd İran və Suriya ilə bağlı diplomatik həll yollarını müzakirə etməkdir.
İsrailin Moskvaya vasitəçilik təklifi ilə müraciət etdiyi, Rusiyanın isə bu təklifi dəyərləndirdiyi bildirilir. Danışıqların detalları açıqlanmayıb.
Həmçinin qeyd olunur ki, İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə ABŞ-a səfər edərək, İran məsələsini müzakirə etmək üçün prezident Donald Trampla görüşməyi planlaşdırır.
Bu iddialar eyni zamanda Türkiyə mediası tərəfindən də tirajlanıb.
Qeyd edək ki, İsrailin İranda 13 iyunda başladığı hərbi əməliyyatlardan sonra 24 iyunda atəşkəs əldə olunmuşdu. Hazırda rəsmi Tel-Əviv regionda “normallaşma müqavilələri” çərçivəsində Suriyə ilə də danışıqlara maraq göstərir.
Akqabay
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış - VİDEO
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya24 Noyabr 19:30Bakıda külək gücləndi - Faktiki hava




































