Yaxın Şərq
Suriyanın gerbi dəyişdirildi - FOTO/VİDEO
Suriyanın yeni hökuməti ölkənin gerbini dəyişdirməyə qərar verib.
Publika.az "Al-Ikhbaria" telekanalına istinadən məlumat verir ki, yeni gerbdə qanadlanmış və üzərində üç ulduz olan qartal təsvir olunub.
Yeni dövlət simvolu paytaxt Dəməşqdə təntənəli tədbir zamanı təqdim edilib. Mərasimdə çıxış edən Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraanın sözlərinə görə, dəyişdirilmiş qartal "Suriya xalqının tarixinin yeni mərhələsinə keçidə işarə edir, həmçinin suriyalılara xas olan güc və qətiyyəti təcəssüm etdirir".
Bu günə qədər Suriyanın gerbi sinəsində iki ulduz yerləşən qalxanlı qartaldan ibarət idi. Quş pəncələrində "Suriya Ərəb Respublikası" yazılmış lent tuturdu.
Hüseyn İbadlı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış - VİDEO
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya24 Noyabr 19:30Bakıda külək gücləndi - Faktiki hava




































