Yaxın Şərq
“İzzəddin əl-Qəssam” pusqu qurdu: İsrailin 5 əsgəri öldü
İsrail ordusu Qəzzanın şimalındakı Beyt Hanunda 5 əsgərin öldüyünü, 14 əsgərin yaralandığını açıqlayıb.
Publika.az xəbər verir ki, HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam” Briqadaları, Beyt Hanunda İsrail əsgərlərinə qarşı qurulan pusqu ilə bağlı Telegram hesabında paylaşım edib.
İsrailin Fələstin xalqına qarşı hücumları və müharibəsi davam etdikcə, əsgərlərin tabutlarının gəlməyə davam edəcəyi qeyd edilən yazıda "Ordunuzun reputasiyasını məhv edəcəyik" deyilir.
İsrail Ordusu Radiosu Beyt Hanunda irəliləyən piyada əsgərlərin yola qoyulan iki bombanın hədəfinə çevrildiyini bildirib. Hücum zamanı yaralanan əsgərlərin təxliyəsi üçün daha bir bölmənin göndərildiyi, lakin onların da atəşə tutulduğu və ölənlərin sayının artdığı üçün mürəkkəb təxliyə üçün əlavə qüvvələrin göndərildiyi bildirilib.
Ölənlərin Netzach Yehuda Batalyonunun əsgərləri olduğu bildirilir. Bu batalyon 1999-cu ildə İsrailin ultra-pravoslav (Haredi) yəhudilərini orduya inteqrasiya etmək üçün yaradılıb. Hazırda təxminən 1000 əsgəri olan batalyon əsasən işğal altındakı İordan çayının qərb sahilində və 2024-cü ildən Qəzzada xidmət edir.
Tural
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq

















.jpg)

.jpg)
















