Yaxın Şərq
ABŞ-dan Suriya ilə bağlı mühüm qərar: HTŞ terror təşkilatları siyahısından çıxarıldı
ABŞ Dövlət Departamenti dövlət katibi Marko Rubionun imzası ilə mətbuata açıqlamasında “Heyət Təhrir əş-Şam”ın rəsmi olaraq terror təşkilatları siyahısından çıxarıldığını açıqlayıb.
Publika.az xəbər verir ki, bəyanatda deyilir:
"Prezident Trampın mayın 13-də Suriyaya qarşı sanksiyaları yumşaltmaq vədinə uyğun olaraq, İmmiqrasiya və Vətəndaşlıq Qanunu çərçivəsində “Nusra Cəbhəsi” kimi tanınan “Heyət Təhrir əl-Şam”ın ( HTŞ ) xarici terror təşkilatı statusunu ləğv etmək qərarımı elan edirəm. Bu qərar iyulun 8-də qüvvəyə minəcək".
Bəyanatda deyilir ki, bu addım HTŞ-nin ləğvi və Suriya hökumətinin terrorun bütün formaları ilə mübarizə öhdəliyinin elan edilməsindən sonra atılır.
"Bu addım həm də Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı Prezidentin 30 iyun tarixli fərmanının yaratdığı impulsu davam etdirir və Suriya prezidenti Əhməd Şəranın rəhbərlik etdiyi yeni Suriya hökumətinin atdığı müsbət addımları təsdiqləyir. Terror təşkilatının siyahıdan çıxarılması ilə bağlı bu qərar prezident Trampın sabit, vahid və sülhsevər Suriya vizyonunun həyata keçirilməsi istiqamətində mühüm addımdır".
ABŞ HTŞ-ni 2018-ci ildə xarici terror təşkilatları siyahısına əlavə edib. HTŞ Suriyada Əsəd rejiminin devrilməsində əsas rol oynayıb və HTŞ-nin keçmiş lideri Əhməd Şəra keçid dövrünün prezidenti elan edilib.
ABŞ prezidenti Donald Tramp ötən həftə ABŞ-ın Suriyaya qarşı sanksiyalarını ləğv edən sərəncam imzalayıb.
Tural
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq

















.jpg)

.jpg)
















