Yaxın Şərq
Xamenenin müşavirindən müharibə anonsu: Minlərlə raket və PUA gizlədilib, bu qüvvələr hazırdır
İran bir neçə min raket və pilotsuz uçan aparatı hər hansı bir təcavüz halında istifadə oluna biləcək təhlükəsiz yerlərdə yerləşdirib.
Publika.az xəbər verir ki, bu barədə Ayətullah Seyid Əli Xameneinin baş hərbi müşaviri, general-mayor Yəhya Rəhim-Səfəvi bildirib.
“Press TV”-nin xəbərinə görə, Rəhim-Səfəvi 12 günlük hərbi eskalasiyadan sonra əvvəlcədən elan edilmiş atəşkəsə baxmayaraq, İsrailin mümkün yeni hücumu ilə bağlı xəbərlər fonunda ölkənin silahlı qüvvələrinin istənilən ssenariyə tam hazır olduğunu vurğulayıb.
“Biz bir neçə min raket və dron istehsal etmişik və onların yerləşdiyi yerlər etibarlı şəkildə qorunur. Sülh məqsədli nüvə enerjisi və raket istehsalı bizim milli elmimiz, zəka və biliyimizin nəticəsidir və onları məhv etmək olmaz”, - ”, o deyib.
Onun sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri və Qüds Qüvvələri kimi əsas hərbi strukturlar İsrailin son təcavüzünün dəf edilməsində tam iştirak etməyib. Ordu da potensialından tam istifadə etməyib.
"Netanyahu məqsədlərinə çatmadı - İslam Respublikası devrilmədi və parçalanmadı. Biz itkilər verdik, lakin onlara ciddi ziyan vurduq", - Rəhim-Səfəvi vurğulayıb.
Müşavirin sözlərinə görə, İsrail mətbuata sərt senzura tətbiq etməklə ona edilən hücumların ciddiliyini gizlədir.
Rəhim-Səfəvi əlavə edib ki, Qəzzada Fələstin müqavimətini məhv etmək məqsədi daşıyan 21 aylıq müharibəyə baxmayaraq, HƏMAS hərəkatı fəaliyyətini davam etdirir, İsrail ordusu isə “tükənib”.
“Tarixdə heç bir işğalçı qüvvə ələ keçirilən əraziləri əbədi olaraq saxlaya bilməyib”, - o vurğulayıb.
Tural
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq

















.jpg)

.jpg)
















