Yaxın Şərq
İsrailli akademik Ərdoğanı hədələdi: Ətrafına bax, Dohanı vuran, Ankaranı da vurar - VİDEO
İsrailin Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksək rütbəli rəsmilərindən ibarət danışıqlar qrupuna hücum etməsindən sonra gərginlik artır.
Publika.az xəbər verir ki, bəzi israilli siyasətçilər və elm adamları Türkiyəni də hədələməyə başlayıblar.
“Milliyyet” nəşri yazır ki, İsrailli akademik Meir Masrinin “X” sosial media platformasında ardıcıl paylaşımları gərginliyi daha da artırıb. Yerusəlim İvrit Universitetində geosiyasət və siyasi elmlər üzrə dərs deyən və tez-tez beynəlxalq mətbuatda İsrail siyasətini müdafiə edən Masri ərəb, türk və ivrit dillərindəki yazılarında birbaşa Türkiyəni hədəfə alıb.
İsrailin aparıcı "Maariv" qəzetinin məlumatına görə, Masri ilk yazısında "Dohadakı hücum həftələr əvvəl məlum idi, mən bunu elan etdim. Mənim adım indi ərəb dünyasında etimad simvoludur" yazıb.

Daha sonra o, “Qətər vasitəçi deyil, HƏMAS-ın şərikidir” yazıb. Sosial mediada ən çox diqqət çəkən mesaj türkcə olub:
“Dohaya hücum edən Ankaraya da hücum edə bilər” deyən Masrinin sözləri sosial medianı alovlandırıb.
Masrinin təhdidləri bununla bitməyib. O, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan paylaşımda “Ərdoğana nəsihət: Ətrafınıza baxın!” sözlərini yazıb. Daha sonra o, “Bu gün Qətər, sabah Türkiyə” başlığı ilə bunu davam etdirib və Ərdoğanın İsrailin daha əvvəl İranda öldürdüyü HƏMAS lideri İsmayıl Haniyə ilə əl sıxışarkən çəkilmiş şəklini yayıb.
Tural
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO








.jpg)











.jpg)
















.jpg)


