Yaxın Şərq
İsrail kabinetində müəmmalı görüş, Netanyahu qorxunc planı açıqladı: Oktyabrda başlayır
Netanyahu fələstinliləri Qəzzadan deportasiya etmək üçün gizli planını Nazirlər Kabinetinə açıqlayıb və bir ay vaxt verib.
Publika.az “Milliyyet”ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu cümə axşamı yüksək səviyyəli müdafiə rəsmiləri və kabinet üzvləri ilə görüşündə fələstinlilərin Qəzza zolağından “könüllü köçü” məsələsini qaldırıb. Görüşdə iştirak edən rəsmilərdən biri “The Times of Israel”ə bildirib ki, məsələ ətraflı müzakirə olunub.
İclasda müzakirə edilən planda qəzzalıların oktyabr ayından başlayaraq hava və dəniz yolu ilə tərk etməyə məcbur edilməsi nəzərdə tutulur. Planın gələn həftə İsrailə səfər edəcək ABŞ dövlət katibi Marko Rubio ilə də müzakirə ediləcəyi gözlənilir.
İsrailin miqrantların qəbulu ilə bağlı bir neçə Afrika ölkəsi ilə danışıqlar apardığı bildirilir . Kanal 13-ün məlumatına görə, Cənubi Sudan, Liviya, Uqanda və Somaliland ilə danışıqlar aparılsa da, hələlik razılıq əldə olunmayıb.
İclasda ifrat sağçı maliyyə naziri Bezalel Smotriç hər hansı ölkənin qaçqınları qəbul edəcəyinə şübhə ilə yanaşaraq, "Onlar bir il ərzində geri dönsələr, planın investisiya dəyəri olmayacaq" deyib. Netanyahu, bununla belə, planın çox baha başa gəlməyəcəyini və onun reallaşmasının lazım olduğunu vurğulayıb.
Tural
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?


















.jpg)







.jpg)
.jpg)








