Yaxın Şərq
ABŞ ordusu Suriyada İTKİ VERDİ
ABŞ Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu və bir mülki tərcüməçi Suriyanın Palmira şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, əməliyyat zamanı daha üç nəfər yaralanıb.
Hərbi qurumun nümayəndəsi həmçinin bildirib ki, hücum əsgərlərin əsas liderlərdən birinə qarşı apardıqları əməliyyat zamanı edilib.
“Onların missiyası regionda İŞİD və terrorizmlə mübarizə üzrə davam edən əməliyyatlara dəstək verməkdən ibarət idi”, – deyə o əlavə edib.
Dekabrın 13-də "Syria" TV telekanalı Suriyanın və ABŞ-ın birgə qüvvələrinin Palmira rayonu yaxınlığında hücuma məruz qaldığını bildirib. Telekanalın məlumatına görə, atışma nəticəsində Amerika və Suriya hərbçiləri yaralanıblar.
Hüseyn İbadlı
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ


















.jpg)


















