Yaxın Şərq
35 ildən sonra Bağdadda İLK YAŞANDI
Yunanıstanın "Aegean" Hava Yollarına məxsus təyyarə 35 il ərzində Bağdad beynəlxalq hava limanına eniş edən ilk Avropa təyyarəsi olub.
Publika.az AFP-yə istinadla xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirlik açıqlamasında təyyarənin gəlişinin "İraqın Avropa aviasiya xəritəsinə qayıtması" və "İraqın aviasiya sektorunun bərpasında yeni bir mərhələ" olduğunu bildirib.
Nazirlikdən bildirilib ki, Afina-Bağdad marşrutu həftədə iki dəfə işləyəcək və tələbatdan asılı olaraq uçuşların sayının artırılması mümkündür. Bu ilin əvvəlində Yunanıstan aviaşirkəti şimal Kürdüstan muxtar bölgəsinin paytaxtı Ərbilə uçuşlar həyata keçirməyə başlayıb.
Avropa aviaşirkətləri 1990-cı illərin əvvəllərində İraqın uzun müddətli hökmdarı Səddam Hüseynin qonşu Küveyti işğal eetməsindən bəri təhlükəsizlik səbəbləri ilə Bağdad Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirməyib. Hüseyn 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi işğal nəticəsində devrilib, ardınca vətəndaş müharibəsi, məzhəblərarası zorakılıq və silahlı ekstremist qrupların ortaya çıxması baş verib.
Hüseyn İbadlı
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
















.jpg)

.jpg)






.png)

.jpg)






