Yaxın Şərq
Bu da Trampın 112 milyardlıq Qəzza planı: Türkiyəyə göstərib – Görün nələr var
ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoffun Qəzzanın yenidən qurulması üçün 112 milyard dollarlıq plan hazırladığı bildirilir.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. “Project Sunrise” adlandırılan plan Kuşner və Uitkoffun rəhbərliyi altında hazırlanıb. Ağ Evin yüksək vəzifəli rəsmilərinin də daxil olduğu komanda Qəzzanın gələcəyi ilə bağlı 32 səhifəlik “PowerPoint” təqdimatı hazırlayıb. Təqdimatda sahil boyunca ucalan göydələnlərin şəkilləri, xərc cədvəlləri və investisiya proqnozları yer alıb.
Plana əsasən, Rəfah şəhəri Qəzzanın "yeni inzibati mərkəzi" kimi nəzərdə tutulub. Tikinti layihəsi Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunis şəhərlərində başlayacaq və Qəzza şəhərində başa çatacaq.
Təxminən 2 milyon məcburi köçkün fələstinlinin yenidənqurma prosesi zamanı harada yaşayacağı barədə ətraflı məlumat verilmir.
ABŞ hökuməti, iddialara görə, son 45 gün ərzində hazırladığı bu planı Türkiyə, Misir və Körfəz ölkələrinə göstərib.
Tural
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi


















.jpg)









.png)







