Yaxın Şərq
Artıq Dəməşqdədir: Görün Türkiyə Suriyaya kimi səfir göndərib
Türkiyə səfiri Nuh Yılmaz bu gün – dekabrın 22-də Suriyadakı vəzifəsinin icrasına başlayır.
Publika.az "Türkiye" qəzetinə istinadla xəbər verir ki, Ankara 13 ildən sonra yenidən Dəməşqdə səfir səviyyəsində təmsil olunacaq.
Yılmazın Dəməşqə səfir təyin edilməsi oktyabr ayında elan edilmiş və o, noyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu vəzifəyə təsdiqlənmişdi.
Qəzet yazır ki, "Türkiyənin müvəqqəti işlər vəkili Bürhan Koroğlunun səlahiyyət müddətinin başa çatması ilə Ankara 13 ildən sonra ilk dəfə Dəməşqdə səfir səviyyəsində təmsil olunacaq".
2013-cü ildə Yılmaz Türkiyə Milli Kəşfiyyat Təşkilatına qoşulub və 2023-cü ilə qədər hazırkı xarici işlər naziri Hakan Fidanla birlikdə çalışıb.
Fidanın 2023-cü ilin iyun ayında xarici işlər naziri təyin olunmasından sonra Yılmaz Xarici İşlər Nazirliyinə keçib və nazirin baş müşaviri və Strateji Araşdırmalar Mərkəzinin sədri vəzifələrini tutub.
Tural
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi


















.jpg)









.png)







