Yaxın Şərq
HƏMAS yeni lider seçəcək
HƏMAS-ın yaxın günlərdə və ya bir neçə həftə ərzində yeni lider seçəcəyi bildirilir.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Aşarq nəşri təşkilata yaxın mənbələrə istinadən xəbər verib.
Mənbələrə görə, əsas iki namizəd – HƏMAS-ın keçmiş rəhbəri Xalid Məşəl və Qəzza Siyasi Bürosunun rəhbəri Xalil əl-Hayyadır. İran xəttinə yaxın sayılan Hayya İsrail ordusu tam geri çəkilənədək silahlı mübarizənin davam etdirilməsinin tərəfdarıdır. Qətərə yaxın göstərilən Məşəl isə diplomatik kompromis xəttini dəstəkləyir.
Məlumata əsasən, təşkilat daxilində daha geniş dəstəyə malik olduğu üçün Xalil əl-Hayyanın qalib gələcəyi ehtimal edilir. Seçkini təxminən 50 nəfərdən ibarət Ümumi Şura həyata keçirəcək.
Qeyd edək ki, HƏMAS lideri hər dörd ildən bir seçilir. 2021-ci ildə seçilən İsmayıl Haniyyə 2024-cü ildə öldürülüb, daha sonra Yahya Sinvar da zərərsizləşdirilib və təşkilata hazırda müvəqqəti şura rəhbərlik edir.
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi


















.jpg)









.png)







