Yaxın Şərq
Tramp anons etdi: Bu ölkə də İsraillə dil tapıb, “İbrahim sazişləri”ni imzalayacaq
Səudiyyə Ərəbistanı İsrail ilə münasibətləri normallaşdırmaq üçün “İbrahim sazişləri”nə qoşulacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə ikitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Amerika lideri qeyd edib ki, sazişlərdə iştirak edənlərin dairəsinin genişləndirilməsi prosesi olduqca tez davam edəcək. "Səudiyyə Ərəbistanı çox yaxşı olub. Anladığım qədəri ilə, onlar İsraillə yola getmək üçün xahiş edə biləcəyimiz hər şeyi ediblər", - Tramp deyib.
ABŞ prezidenti Ər-Riyadın yəhudi dövləti ilə münasibətlərini rəsmiləşdirəcəyinə əminliyini ifadə edib:
“Onlar yola gedəcəklər və bir anda “İbrahim sazişləri”ni imzalayacaqlar".
Noyabrın 18-də Ağ Evdə Trampla görüş zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud vurğulayıb ki, Ər-Riyadın İsrail ilə münasibətləri normallaşdırmaq üçün Fələstin dövlətinin yaradılması üçün “geridönməz, etibarlı və zamanla məhdudlaşan bir yola" ehtiyacı var.
2020-ci ilin sentyabr ayında İsrail ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və Bəhreyn ilə normallaşma sazişinə qoşuldu. Üçtərəfli saziş “İbrahim sazişləri” kimi tanınır.
Daha sonra Mərakeş və Sudan yəhudi dövləti ilə münasibətlərin normallaşdığını elan etdilər. Bu sazişlərdən əvvəl İsrail ərəb dövlətləri arasında yalnız Misir və İordaniya ilə diplomatik münasibətlər qurmuşdu.
Tural
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu






.jpg)






















.jpg)







.jpg)


