Yaxın Şərq
Netanyahu təsdiqlədi: Ciddi dəyişikliklər baş verir, böyük müsəlman ölkələrində...
İsrail və ABŞ yəhudi dövləti ilə münasibətləri normallaşdırmaq üçün “İbrahim Sazişləri”nin genişləndirilməsini mümkün bir məqsəd hesab edirlər.
Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
"ABŞ Prezidenti Donald Tramp və mən “İbrahim Sazişləri”ni Yaxın Şərqdə və ondan kənarda, o cümlədən böyük müsəlman ölkələrində genişləndirməyə sadiqik. Biz buna nail olmağın mümkün olduğuna inanırıq", - deyə o, “Newsmax”a verdiyi müsahibədə bildirib.
Hökumət başçısı qeyd edib ki, “Yaxın Şərqdə sülh üçün imkanlar açan ciddi dəyişikliklər baş verir”.
2020-ci ilin sentyabr ayında İsrail ABŞ-ın vasitəçiliyi ilə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri normallaşdırmağa razılıq verdi. Üçtərəfli razılaşma “İbrahim Sazişləri” kimi tanındı. Mərakeş və Sudan sonradan yəhudi dövləti ilə münasibətlərin normallaşdığını elan etdilər. Bu razılaşmalardan əvvəl İsrail yalnız Misir və İordaniya ilə diplomatik münasibətlər qurmuşdu.
7 avqustda Tramp bütün Yaxın Şərq ölkələrini “İbrahim Sazişləri”nə qoşulmağa çağırdı. O, bunun regionda "sülhü təmin edəcəyini" söylədi.
Tural
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi


















.jpg)









.png)







