Yaxın Şərq
Daha bir prezident sarayı ətrafında ATIŞMA
Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində atəş səsləri eşidilir.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin istinad etdiyi şahidlərin sözlərinə görə, prezident sarayı olan Maaşiq ətrafında atəş səsləri eşidilib.
"Al Mahriah" telekanalının yaydığı məlumata görə, Ədəndə Krater və Xor-Maksar bölgələrində zenit qurğuları naməlum pilotsuz uçan obyektə atəş açır.
Daha əvvəl Yəmən hakimiyyəti BƏƏ-dən ölkə ərazisindəki bütün hərbi qüvvələrini və texniki personalını çıxarmasını tələb etmişdi. Bu tələb, BƏƏ ilə birgə müdafiə sazişinin dayandırılması ilə bağlı irəli sürülüb.
Dekabrdan etibarən Yəmənin təhlükəsizlik vəziyyəti kəskin pisləşib. Bu, BƏƏ tərəfindən dəstəklənən Cənub Keçid Şurasının (CKŞ) genişmiqyaslı hücumu ilə bağlıdır. Cənub Keçid Şurası Cənubi Yəmənin müstəqilliyini bərpa etməyə çalışır. Onun qarşısında isə Rəşad əl-Əliminin rəhbərlik etdiyi Prezident Şurasının qüvvələri durur.
Nəticədə, Sokotra arxipelaqındakı hava limanı bağlanıb, bu səbəbdən yüzlərlə əcnəbi turist ölkədən çıxa bilməyiblər.
Hüseyn İbadlı
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi












.jpg)





.jpg)









.png)








