Yaxın Şərq
Qüdsdə XAOS: avtobusu etirazçıların üzərinə sürdü
Qüdsdə avtobusun İsrail ordusuna çağırışla bağlı qanun layihəsinə qarşı nümayiş keçirən etirazçılara çırpılması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail Təcili Yardım Xidməti (MDA) məlumat yayıb.
Bu, son aylarda çağırış əleyhinə mitinqlərdə gənc ultra-ortodoks kişinin ikinci ölüm hadisəsidir. MDA mətbuat xidməti dəqiqləşdirib ki, qaynar xəttə dörd itki barədə məlumat daxil olub və xilasetmə işlərindən sonra tibb işçiləri 18 yaşlı kişinin ağır xəsarətlərlə öldüyünü bildiriblər. Digər üç zərərçəkən isə yüngül xəsarətlərlə xəstəxanaya aparılıb.
Şahidlər faciəni videoya çəkiblər və avtobusun hərəkətə davam etdiyini, fəalın isə şassiyə yapışdığını görüblər. İsrail polisi etirazçıların asayişi pozduğunu və nəqliyyatın hərəkətini dayandırdığını bildirib. İlkin araşdırma nəticəsində məlum olub ki, avtobus sürücüsü iğtişaşçılar tərəfindən hücuma məruz qalıb və bu da hadisəyə səbəb olub. Sürücü dindirilmək üçün həbs edilib.
"Ynet" portalının məlumatına görə, qanun layihəsinin dayandırılması fonunda keçirilən etiraz aksiyasında təxminən 10.000 ultra-ortodoks yəhudi iştirak edib. Onilliklər ərzində dini müəssisələrdə təhsil alan ultra-ortodoks yəhudilər hərbi xidmətdən azad idilər. Lakin 2017-ci ildə Ali Məhkəmə bu müddəanın bərabərliyi pozduğuna qərar verdi və hökumət bu qrup üçün müntəzəm olaraq möhlət tələb etməyə başlayıb. Bölgədə davam edən münaqişələr fonunda çağırış məsələsi xüsusilə aktuallaşıb.
Hüseyn İbadlı
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi

















.jpg)










.png)








