Yaxın Şərq
Parisdə Suriya ilə İsrail arasında vacib görüş: Razılaşdılar
Suriyanın yeni hökuməti və İsrail kəşfiyyat məlumatlarını paylaşmaq və hərbi əməliyyatların gərginliyini azaltmaq yollarını araşdırmaq üçün ABŞ-ın rəhbərlik etdiyi birgə komanda yaradacaqlar.
Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Fransa paytaxtında keçirilən danışıqlardan sonra ABŞ Dövlət Departamentinin yaydığı birgə bəyanatda Suriya və İsrailin "hər iki ölkə üçün təhlükəsizlik və sabitlik üzrə davamlı razılaşmalara nail olmağa" sadiq olduqları bildirilib.
"Hər iki tərəf ABŞ-ın nəzarəti altında kəşfiyyat mübadiləsi, hərbi gərginliyin azaldılması, diplomatik əlaqələr və kommersiya imkanları üzrə dərhal və davamlı koordinasiyanı asanlaşdırmaq üçün birgə mexanizm - xüsusi rabitə mərkəzi yaratmaq barədə razılığa gəliblər. Bu mexanizm hər hansı mübahisələrin tez bir zamanda həlli və anlaşılmazlıqların qarşısının alınması üçün platforma rolunu oynayacaq", - bəyanatda deyilir.
ABŞ-ın təşəbbüsü ilə keçirilən görüş, diplomatik münasibətləri olmayan İsrail və Suriya arasında aylar ərzində ilk görüş olub.
Tural
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi

















.jpg)










.png)








