Yaxın Şərq
İsrail yenidən Qəzzaya hücum edə bilər - Tramp şərt qoyub
Ərazinin bir hissəsinə hələ də nəzarət edən HƏMAS mövqelərini möhkəmləndirdiyi və silahlarını tamamilə yerə qoymaqdan imtina etdiyi üçün İsrail Qəzza zolağında yeni hərbi əməliyyat başlada bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadəla məlumt yayıb.
Qeyd edilib ki, HƏMAS nümayəndələri qalan ağır silahlardan imtina etməyə razıdırlar, lakin sayının 60.000 ədəd olduğu təxmin edilən kiçik silahları təhvil vermək niyyətində deyillər.
Hərəkat atəşkəsdən sonra maliyyə vəziyyətini də gücləndirib və üzvlərinə müntəzəm ödənişləri bərpa edə, yeni döyüşçülər cəlb edə və dağıdılmış infrastrukturunu bərpa edə bilib.
Mənbələrə görə, əgər HƏMAS könüllü olaraq silahlarını təslim etməsə, İsrail tərəfi hərəkatı buna məcbur edəcək.
Dekabrın 31-də ABŞ prezidenti Donald Trampın İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüş zamanı əldə edilən razılaşmanı yerinə yetirməsə və tərksilah etməyə başlamasa, İsrail Müdafiə Qüvvələrinin Fələstin HƏMAS hərəkatına yenidən hücum etməsinə icazə verəcəyinə söz verdiyi bildirilib.
Hüseyn İbadlı
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"

















.jpg)




















