Yaxın Şərq
Mərakeş Kralının BAŞI DƏRDDƏ - Müalicə həkimi diaqnoz qoydu
Mərakeş kralı VI Məhəmmədin səhhəti tibbi nəzarət və istirahət tələb edir, lakin monarxın bel nahiyəsində hiss etdiyi ağrılarla bağlı hər hansı ağırlaşma əlaməti müşahidə olunmur.
Publika.az MAP agentliyinə istinadla xəbər verir ki, bu barədə kralın müalicə həkimi, professor Lahsen Belamaninin rəyində bildirilir.
"Mərakeş kralı VI Məhəmməd bel-oturaq sinir nahiyəsində ağrılardan əziyyət çəkir və bu ağrılar əzələ spazmları ilə müşayiət olunur". - bu barədə yayılan tibbi rəydə qeyd edilib.
Monarxın müalicə həkimi ağrıların hər hansı ağırlaşma əlaməti daşımadığını bildirib.
Professor Balamani tərəfindən verilən göstərişlərə əsasən, VI Məhəmmədin səhhətində yaranan narahatlıqlarla əlaqədar ona müvafiq tibbi müalicə və müəyyən müddət funksional istirahət tövsiyə olunub.
Hüseyn İbadlı
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"

















.jpg)




















