Yaxın Şərq
“İranı dərhal tərk edin” çağırışı - Plan hazırdır, ordu hücum əmrini gözləyir
ABŞ-ın virtual olaraq fəaliyyət göstərən Tehran səfirliyi İrandakı amerikalılara ölkəni tərk etmək haqda çağırış edib.
Publika.az xəbər verir ki, səfirliyin məlumatında “İranı dərhal tərk edin” qeyd olunur.
Bildirilir ki, İrandakı ABŞ vətəndaşları Vaşinqtonun köməyini gözləmədən, ölkədən çıxmalıdırlar. Səbəb kimi davam edən etirazlar və təhlükəsizlik riskləri göstərilir.
“İranı dərhal tərk edin. Tərk edə bilmirsinizsə, evinizdə və ya təhlükəsiz olan digər binalarda qalın”, - səfirliyin məlumatında vurğulanır.
Bu çağırış ABŞ-ın İrana hərbi müdaxilə ssenarisinə əl atacağı gözləntilərini daha da aktualaşdırıb. ABŞ prezidenti Donald Tramp son açıqlamasında bildirib ki, İran danışıqlar aparmaq istəyir: “Lakin biz danışıqlardan öncə hərəkətə keçə bilərik”.
ABŞ Müdafiə Nazirliyinin iki yüksək çinli rəsmisi “CBS News”a bildirib ki, İrana qarşı hərbi müdaxilə və digər addımlarla bağlı detallar Trampa təqdim edilib. Mümkün hərbi müdaxilədə əsas rolu hərbi hava qüvvələri və uzaqmənzilli raketlər oynayacaq, bununla yanaşı, kiberhücumlar və psixoloji fəaliyyətlər də seçimlər arasındadır.
Adının açıqlanmasını istəməyən rəsmilər qeyd edib ki, mümkün əməliyyatlar İranın hərbi rəhbərliyini, kommunikasiya sistemlərini və dövlətin nəzarətindəki medianı hədəfə alacaq. Lakin bununla bağlı ABŞ-da son qərarın verilmədiyi bildirilir.
ABŞ-ın hücuma hazırlığı haqda yayılan məlumatlar fonunda Fransanın da öz vətəndaşlarına “İranı dərhal tərk edin” çağırışı etməsi, o cümlədən, İsrail ordusunun 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməsi hərbi müdaxilənin tezliklə baş verəcəyi gözləntilərini artır.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)





























.jpg)


