Yaxın Şərq
Tramp xüsusi nümayəndəsini İsrailə göndərdi
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner İsrailə səfər ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Bildirilib ki,burada onların İsrailin Baş naziri Binyamin Netanyahuyla görüşü planlaşdırılıb.
Görüşün əsas mövzusunun “Rafah” sərhəd keçid məntəqəsi olacağı gözlənilir.
Qəzza sektorunun texnokratlardan ibarət idarəetmə komitəsinin rəhbəri Əli Şaas cümə axşamı bildirib ki, “Rafah” keçid məntəqəsi gələn həftə açılacaq. Qeyd edək ki, bu keçid məntəqəsi Qəzza sektorunun yeganə keçididir və münaqişə başlamazdan əvvəl İsrailin nəzarəti altında olmayıb.
Bundan əvvəl məlum olub ki, ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, vitse-admiral Brəd Kuper də İsrailə səfər edib və yüksək vəzifəli israilli rəsmilərlə görüşəcək.
"The Times of Israel" qəzeti yazır ki, hər iki ölkənin rəsmi şəxsləri Kuperin səfərini təsdiqləməsələr də, İsrailin bir çox KİV-ləri bu məlumatı yayıb. Qəzet qeyd edir ki, səfər ABŞ lideri Donald Trampın İrana zərbə endirilməsi imkanlarından danışdığı dövrə təsadüf edib.
Hüseyn İbadlı
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar


















.jpg)









.png)






