Yaxın Şərq
Əbu-Dabidə hava limanı vuruldu - Ölən və yaralananlar var
Əbu-Dabidəki Zayed beynəlxalq hava limanına İran pilotsuz uçuş aparatının zərbəsi nəticəsində azı bir nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə əmirliyin hava limanlarının operatoru olan "Abu Dhabi Airports" şirkəti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Əbu-Dabi hava limanlarının operatoru Zayed adına beynəlxalq hava limanında baş vermiş hadisəni təsdiqləyib; nəticədə bir asiyalı mənşəli şəxs həlak olub, daha yeddi nəfər isə yaralanıb", - deyə məlumatda bildirilir.
Operator hadisə ilə bağlı əlavə məlumatların daha sonra dəqiqləşdiriləcəyini əlavə edib.
Fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Pentaqon bu əməliyyata "Epik Qəzəb" adını verib. İslam Respublikasında bir çox şəhərlər hücuma məruz qalıb, mülki əhali arasında itkilər var.
Buna cavab olaraq İslam Respublikasının Silahlı Qüvvələri İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən Amerika hərbi bazalarına raketlər və pilotsuz aparatlar buraxıb. "Tasnim" agentliyinin mənbəyə istinadla verdiyi məlumata görə, müxtəlif ölkələrdə, o cümlədən BƏƏ-də ABŞ-ın ümumilikdə 14 bazası hücuma məruz qalıb.
Hüseyn İbadlı
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?



























.png)







