Yaxın Şərq
Netanyahudan çağırış: "Həyatınızı zəhərləyən bu rejimi devirin!"
İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına fars dilində birbaşa video-müraciət ünvanlayıb.
Publika.az xəbər verir ki, İsrail mediasının yaydığı məlumata görə, hökumət rəhbəri İran vətəndaşlarını mövcud fürsətdən istifadə edərək hakimiyyəti devirməyə çağırıb.
Netanyahu müraciətində yaxın günlərdə İsrail ordusunun atacağı addımlar və İranın gələcəyi barədə mühüm mesajlar verib.
Netanyahu vətəndaşları bu tarixi fürsəti əldən verməməyə səsləyib: "Milyonlarla insan küçələrə çıxın, bu işi tamamlayın və həyatınızı zəhərləyən bu rejimi devirin. Arzuladığınız kömək artıq gəlib çatdı".
İsrail rəhbəri İranda yaşayan müxtəlif xalqlara birbaşa müraciət edərək onları birliyə çağırıb: "Ey İran vətəndaşları – farslar, kürdlər, azərbaycanlılar, əhvazlılar və bəluclar! İndi qüvvələrinizi birləşdirmək və rejimi devirmək vaxtıdır".
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat



































