Yaxın Şərq
Məhəmməd Radd da öldürüldü
Livan şiə “Hizbullah”ının parlament fraksiyasının rəhbəri Məhəmməd Raad İsrailin Beyruta endirdiyi zərbə nəticəsində həlak olub.
Publika.az xəbər verir ki, bu barədə "Əl-Hədəs" telekanalı məlumat yayıb. Zərbə İsrail Müdafiə Qüvvələri (İMQ) tərəfindən 2 mart 2026-cı il gecəsi həyata keçirilib. İMQ-nin rəsmi açıqlamasında hücumların İranın Ali Lideri Əli Xameneinin öldürülməsinə qisas olaraq “Hizbullah”ın İsrailin şimalına raket atmasına cavab olaraq həyata keçirildiyi bildirilib.
Məhəmməd Raad Livan şiə hərəkatı “Hizbullah”ın aparıcı siyasətçisidir və 1992-ci ildən bəri Livan Parlamentində (Nabatieh rayonunu təmsil edən) yeganə nümayəndəsidir. O, həmçinin hərəkatın icra komitəsində çalışıb. Hərəkatın "ideoloqlarından" biri hesab olunur və əvvəllər siyasi şuraya rəhbərlik edib.
Raad 2000-ci ildən bəri “Hizbullah”ın siyasi qanadı olan "Müqavimətə Sədaqət" parlament blokuna rəhbərlik edir.
2013-cü ildə o, Həsən Nəsrullahın baş katib vəzifəsində mümkün varisi hesab olunurdu. 2019-cu ildə ABŞ Raada terrorizmə qarşı sanksiyalar tətbiq etdi. 2021-ci ildə o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdü və Moskvada “Hizbullah” ofisinin açıldığını elan etdi.
Tural
-
Ekologiya19:24Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat



































