Yaxın Şərq
Xameneinin öldürülməsi ilə bağlı yeni hesabat yayıldı: Nələrdən yararlanıblar?
İsrail İranın Ali Lideri Əli Xameneinin qətli ilə nəticələnən "Kükrəyən Aslan" əməliyyatına hazırlıq məqsədilə İranın yüksək vəzifəli rəsmilərinin gündəlik həyatını izləmək üçün Tehranın yollarındakı CCTV kameralarını sındırıb.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, MKİ-nin mənbəyi Xameneinin ətrafında olub. Məlumata görə, İsrail kəşfiyyatı Xameneinin və onun təhlükəsizlik işçilərinin "həyat tərzini", o cümlədən səyahət marşrutlarını, iş saatlarını və mərhum İran liderinə yaxın olan yüksək vəzifəli məmurların kimliyini aşkar edib.
Hesabatda həmçinin qeyd olunur ki, İsrail İran rəhbərliyi və onun hərəkətləri haqqında toplanmış külli miqdarda məlumatları emal etmək üçün alqoritmlərlə yanaşı, süni intellekt vasitələrindən də istifadə edib.
Bundan əlavə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Xameneinin sui-qəsd günü dəqiq yerini təsdiqləyən əlavə məlumat mənbəyi təqdim edib.
Qəzetin verdiyi məlumata görə, İsrail Xamneinin mühafizə olunduğu əraziyə "Sparrow" raketləri ilə hücum edib.
Kompleksə cəmi 30 raket atılıb və ərazidəki mobil rabitə qüllələri sıradan çıxarılıb ki, bu da təhlükəsizlik işçilərinin xəbərdarlıq zəngləri almasına mane olub.
Nəşr həmçinin qeyd edir ki, əməliyyatın planlaşdırılması 2001-ci ildə, keçmiş baş nazir Ariel Şaronun “Mossad”a İranı əsas hədəf elan etməsi əmri ilə başlayıb.
Tural
-
Magazin220:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı






.jpg)
















.webp)













.jpg)


