Yaxın Şərq
Britaniyanın keçmiş səfiri: ABŞ-a etibar etmək olmaz
ABŞ-ın İrana qarşı təcavüzünün heç bir hüquqi əsası yoxdur və qaydalara əsaslanan nizamı pozub.
Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın Suriyadakı keçmiş səfiri Piter Ford IRNA-ya verdiyi müsahibədə bildirib.
"Diplomatik proses hələ davam edərkən İrana qarşı təcavüz etmək danışıqlara rəhbərlik edən amerikalıların pis niyyətli təbiətini göstərir. Artıq İran söhbətlərə qayıtmaya bilər, çünki Amerikaya etibar etmək olmaz".
Dəməşqdəki keçmiş Britaniya səfiri ABŞ-ı digər ölkə liderlərini təqib etdiyinə və oğurladığına görə tənqid edib. O, bunun "görünür, Vaşinqton üçün adi bir təcrübəyə çevrildiyini" söyləyib.
“Məqsəd qorxutmaqdır. Bu metod bəzi ölkələrdə təsirli ola bilər, amma İrana gəldikdə, əks təsir göstərəcək və insanlar yeni rəhbərliyin ətrafında toplaşacaqlar. Bu arada, dünya üzrə ictimai rəy də bu cür zorakı davranışdan qəzəblənir”, - deyə Ford qeyd edib.
Adəm
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."



































