Yaxın Şərq
Həmin gəmidə silah olmayıb – İran iddia edir
ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı tərəfindən batırılan İran freqatının göyərtəsində silah yox idi.
Publika.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Hindistan mediasına bildirib.
"Bu, çox kədərli bir hadisədir. Bu gəmi birgə təlimlərdə iştirak etmək üçün hindli dostlarımızın dəvəti ilə üzürdü: mərasim funksiyalarını yerinə yetirirdi. Gəmidə heç bir silah yox idi", - deyə o bildirib.
İran Xarici İşlər Nazirliyi həmçinin əlavə edib ki, ABŞ İranla münaqişədə məqsədlərini bazar şərtlərindən və auditoriyanın maraqlarından asılı olaraq daim dəyişir. O, qeyd edib ki, Şri-Lanka sahillərində İran freqatını batıranlar cəzasız qalmayacaqlar.
Nazir müavini bildirib ki, "Bu, çox təəssüf doğurur. Təlimlərdə iştirak edən bir çox gənc iranlı dənizçi həlak olub".
Martın 4-də İranın “IRIS Dena” freqatı Şri-Lanka sahillərində ABŞ sualtı qayığı tərəfindən hücuma məruz qalıb. Beynəlxalq sularda batan gəminin göyərtəsində ən azı 130 dənizçi olub. 100-dən çox dənizçi həlak olub. Şri-Lankanın hərbi gəmiləri hadisə yerinə çataraq 32 yaralı İran dənizçisini xilas edib.
Tural
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
Dünya19 Oktyabr 23:55Kim Çen İn insult keçirib? - Komada olduğu iddia edilir
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?


























.png)







