Yaxın Şərq
İrandan iddia: ABŞ əsgərlərini əsir götürmüşük!
İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Silahlı Qüvvələrinin bir neçə hərbçisinin əsir götürüldüyünü bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Ə.Laricani özünün "X" hesabında paylaşıb.
O, ABŞ-nin bu faktı ictimaiyyətdən gizlətməyə çalışdığını iddia edib:
"Mənə bir neçə amerikalı əsgərin əsir götürüldüyü barədə məruzə edilib. ABŞ hərbçilərin əsir düşməsi ilə bağlı həqiqəti gizlədə bilməyəcək".
ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) isə İran rəsmisinin bu açıqlamasını dərhal təkzib edib. Komandanlığın nümayəndəsi "Al Jazeera" telekanalına verdiyi müsahibədə bu iddiaları kəskin tənqid edib:
"İran rejiminin amerikalı əsgərlərin əsir götürülməsi ilə bağlı bəyanatları onun yalan və məkrinin növbəti nümunəsidir".
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Bu müddət ərzində İranın ən böyük şəhərləri, o cümlədən paytaxt Tehran ağır hava zərbələrinə məruz qalıb.
Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki obyektlərə qarşı irimiqyaslı əməliyyat keçirdiyini elan edib. Qarşıdurma fonunda zərbələrə həmçinin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı müxtəlif hədəflər də məruz qalıb.
-
Dünya19 Oktyabr 23:55Kim Çen İn insult keçirib? - Komada olduğu iddia edilir
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika19 Oktyabr 14:23Prezident bir qrup energetiki təltif etdi


























.png)








