Yaxın Şərq
Trampın İran planı iflasa uğradı: Sentyabra qədər...
ABŞ prezidenti Donald Trampın İrana qarşı başlatdığı müharibə artıq üçüncü həftəsinə daxil olub və bu qarşıdurma Ağ Ev rəhbərinin idarəetmə tərzinin zəif tərəflərini üzə çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.
Məlumata görə, Ağ Ev gözlənilməz müqavimətlə üzləşib. İran kütləvi zərbələrə baxmayaraq kapitulyasiya etmək niyyətində deyil. Administrasiya daxilində isə artıq “peşman alıcı sindromu”nun yarandığı bildirilir.
Mənbənin sözlərinə görə, bir çox yüksək vəzifəli məmurlar əvvəldən daha ehtiyatlı davranmağı tövsiyə etsələr də, Tramp onların narahatlıqlarını nəzərə almayıb.
Nəşr qeyd edir ki, ABŞ prezidentinin özünə inamı əvvəlki uğurlarla bağlı idi. Bunlara ötən il İrana qarşı həyata keçirilən dəqiq zərbələr və yanvarda Venesuela lideri Nikolas Maduronun tutulması kimi hadisələr daxil edilir.
İddia olunur ki, hazırda vəziyyət çıxılmaz mərhələyə yaxınlaşır. ABŞ rəsmilərindən biri bildirib ki, İranın Hörmüz boğazı ətrafında atdığı addımlar Vaşinqtonu münaqişəyə daha çox cəlb edir.
Qeyd olunur ki, digər problem isə ABŞ ilə İran arasında etibarlı danışıqlar kanallarının olmamasıdır. Tehran sərt mövqe nümayiş etdirir və müharibənin tam başa çatmasına dair zəmanət almadan raket hücumlarını dayandırmayacağını bildirir.
Bildirilir ki, regiondakı qeyri-sabitlik ən azı sentyabr ayına qədər davam edə bilər.
Adəm
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı






.jpg)










.jpg)





.webp)












.jpg)


