Yaxın Şərq
Tehran atəşkəsdən imtina etdi: Axıra qədər gedəcəyik
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran ABŞ və İsraillə atəşkəs barədə razılığa gəlmək niyyətində deyil, çünki hərbi əməliyyatlarda hər hansı bir fasiləni yeni bir hücuma hazırlıq kimi görür.
Publika.az xəbər verir ki, Bəqayi əlavə edib ki, son ayların təcrübəsi göstərir ki, düşmən atəşkəsdən yalnız sursatı bərpa etmək və ehtiyat toplamaq üçün istifadə edir.
Diplomat brifinqdə vurğulayıb ki, bu müharibəni biz başlatmamışıq.
Bəqayi xatırladıb ki, Tehranın diplomatik danışıqlarda ciddi və vicdanlı iştirakına baxmayaraq, İran xalqı doqquz ayda iki dəfə hücuma məruz qalıb. Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, bu vəziyyət ölkə vətəndaşları üçün qəbuledilməzdir və onlar "iki düşmən rejimin" vədlərinə etibar edə bilməzlər. O, Vaşinqton və Təl-Əvivin hərəkətlərinin dövri xarakterinə diqqət çəkib. Onlar logistika və ya təhlükəsizlik problemləri ilə qarşılaşdıqda atəşkəs təklif edirlər, lakin sonradan hücumlar bərpa olunur.
Tural
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi


















.jpg)


















