Yaxın Şərq
Hörmüzdə böhran dərinləşir: ABŞ aciz qaldı, İran neft yolunu bağlayır
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının “əla vəziyyətdə” olduğunu desə də, Vaşinqton administrasiyasının bəzi rəsmiləri bunun əksini düşünür.
Publika.az xəbər verir ki, ABŞ-ın energetika naziri Kris Rayt CNBC-yə açıqlamasında Amerika hərbi-dəniz qüvvələrinin hələlik kommersiya gəmilərinin təhlükəsizliyini təmin etməyə hazır olmadığını bildirib. Onun sözlərinə görə, tankerlərin müşayiətinə ən tez martın sonuna doğru başlanıla bilər.
ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta isə CNN-ə müsahibəsində vəziyyəti “planlaşdırmanın uğursuzluğu” adlandırıb. O qeyd edib ki, İranın yeni ali lideri Müctəba Xamenei Hörmüz boğazını bağlı saxlayacaqlarını artıq bəyan edib və bu, Tehranın özünü münaqişədə qalib hesab etdiyini göstərir.
Panettanın fikrincə, İran neft tədarükündə ciddi fasilələr yaratmaqla ABŞ administrasiyasını siyasi baxımdan çətin vəziyyətə salmağa çalışır. O vurğulayıb ki, ABŞ hərbi gəmilərinin tankerləri qorumağa hazır olmaması Vaşinqtonun nüfuzuna ciddi zərbədir və vəziyyəti düzəltmək üçün vaxt lazım olacaq.
Leon Panetta vurğulayıb ki, Yaxın Şərqdə müharibənin mümkün nəticələrinə hazır olunmaması ciddi səhvdir və bunun bədəli ABŞ üçün baha başa gəlir. Onun sözlərinə görə, tankerlərin qorunması ilə bağlı gecikmə İranın xeyrinə işləyir və artıq qlobal neft bazarında ciddi sabitsizlik yaradıb. Hazırda dünya bazarında neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı səviyyədə qalır.
Adəm
-
Hadisə02:43Bakıda dəhşətli qəza: avtomobil iki yerə bölündü - Foto/Video
-
İdman02:00Dünya çempionu ola bilməyən Ronaldo göz yaşlarına boğuldu
-
Qoroskop01:20Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Cənubi Qafqaz6 İyul 22:18Tbilisinin mərkəzində torpaq sürüşməsi
-
İdman6 İyul 21:39Tramp o məsələ ilə bağlı İnfantinoya zəng etdiyini təsdiqlədi
-
Hadisə6 İyul 20:48Mərdəkanda dənizdə bir ailənin 4 üzvü batdı - İkisi xilas olundu
-
ABŞ6 İyul 19:40İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq - Tramp
-
Hadisə6 İyul 19:10Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu































.jpg)






