Yaxın Şərq
"Trampın elçisi ilə gizli danışır" iddiası: Əraqçidən şok bəyanat
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə təmasda olması barədə mediada yayılan məlumatları kəskin şəkildə təkzib edib.
Publika.az xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Əraqçi bildirib ki, Uitkoff ilə sonuncu təması ABŞ-ın İrana qarşı növbəti qanunsuz hərbi hücumu reallaşdırmasından və diplomatik səyləri alt-üst etməsindən əvvəl baş tutub. Nazir bu cür iddiaların reallığı əks etdirmədiyini vurğulayıb:
"Cənab Uitkoff ilə sonuncu təmasım onun işəgötürəninin (Donald Tramp – red.) növbəti qanunsuz hərbi hücumla diplomatik səyləri sıfıra endirmək qərarından əvvəl olub. Bu cür iddialar yalnız neft treyderlərini və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır".
Qeyd edək ki, bundan əvvəl "Axios" portalı İran və ABŞ arasında son günlərdə rabitə kanalının aktivləşdiyini və təmasların məhz Əraqçi ilə Uitkoff vasitəsilə həyata keçirildiyini iddia etmişdi.
Adəm
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı






.jpg)










.jpg)





.webp)












.jpg)


