Yaxın Şərq
İranla müharibə dünya iqtisadiyyatını sarsıdacaq - 3 dəhşətli ssenari
İrandakı müharibənin inkişafına dair üç mümkün ssenari təqdim edilib.
Publika.az xəbər verir ki, bu ssenarini Serbiyanın “Novi Standart” nəşri paylaşıb.
Müəllif qeyd edir ki, bu variantların hər biri dünya üçün qaçılmaz sarsıntılar vəd edir.
Birinci ssenari təxminən iki həftə davam edəcək “qısa və amansız münaqişə”ni nəzərdə tutur. Bu halda dünya illik neft və maye qaz (LNG) ixracının təxminən 1,4%-ni itirəcək.
İkinci ssenari üç ay müddətinə uzanan hərbi əməliyyatları ehtiva edir. Bu ssenarinin nəticələri daha ağır olacaq: “İtki dünya neft və LNG ixracının beş-altı faizinə çatacaq”.
Üçüncü ssenari də üç aylıq müharibəni nəzərdə tutur, lakin burada İranın Hark adasındakı kritik infrastruktur obyektlərinin uzunmüddətli dağıdılması əsas şərtdir. Belə bir zərbənin fəsadları hətta 2027-ci ildə də hiss olunacaq.
Materialın müəllifi vurğulayır ki, bu vəziyyətdə neftin qiyməti barel başına 150 dollara, Avropa İttifaqında qazın qiyməti isə 120 avroya çata bilər.
Vəziyyəti daha da mürəkkəbləşdirən amil Tehrann 5000 minadan ibarət arsenalı ilə boğazı minalamağa başlamasıdır.
Məqalədə qeyd olunur: “İran artıq Hörmüz boğazında minalar yerləşdirməyə başlayıb ki, bu da cəmi bir neçə gün ərzində bu ən mühüm gəmiçilik kanalını cəhənnəmə çevirə bilər”.
Müəllif yekun olaraq bildirir ki, əgər Hörmüz boğazı üç aydan çox bağlı qalsa, bu, 1973-cü il “Qiyamət günü” müharibəsi və ya 1979-cu il İran inqilabının nəticələrindən daha ciddi bir sarsıntıya çevrilə bilər.
Adəm
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı






.jpg)










.jpg)





.webp)












.jpg)


