Yaxın Şərq
Trampın qərarı İsraili qəzəbləndirdi: “Ağır bədəl ödəyirik”
İsrailin nüfuzlu portalı "Ynet" ABŞ prezidenti Donald Trump barədə kəskin tənqidi məqalə yayıb.
Publika.az xəbər verir ki, nəşrin iddiasına görə, Vaşinqtonla Tehran arasında əldə olunan iki həftəlik atəşkəs İsraili çətin vəziyyətdə qoyub və ölkəni “ağır bədəl ödəməyə” məcbur edir.
Məlumata görə, bu razılaşma nəticəsində İsrail Livanın cənubunda "Hizbullah"a qarşı həyata keçirdiyi hücum əməliyyatlarını dayandırmalı olub.
Qeyd edək ki, Donald Trump çərşənbə gecəsi ABŞ ilə Iran arasında iki həftəlik atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, Tehran Vaşinqtona 10 maddədən ibarət təklif təqdim edib və bu sənəd gələcək danışıqlar üçün əsas ola bilər. Tərəflər arasında görüşlərin aprelin 10-da İslamabadda başlanacağı bildirilir.
Digər tərəfdən, İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ üzərində “qələbə” qazandıqlarını bəyan edib. Rəsmi Tehran iddia edir ki, Vaşinqton Hörmüz boğazı üzərində nəzarəti İrana buraxmağa, kompensasiya ödəməyə, sanksiyaları aradan qaldırmağa və uranın zənginləşdirilməsinə icazə verməyə razılaşıb. Həmçinin ABŞ qoşunlarının Yaxın Şərqdən çıxarılacağı da vurğulanır.
Bununla belə, İran tərəfi qeyd edir ki, bu iki həftəlik proses müharibənin bitməsi demək deyil. Atəşkəs yalnız danışıqlar müddətini əhatə edir və diplomatik səylər uğursuz olarsa, hərbi əməliyyatlar yenidən başlaya bilər.
İsrail mediasının reaksiyasına əsasən, ölkə rəhbərliyi əsas müttəfiqi olan ABŞ-ın razılaşdığı şərtlərdən ciddi narazıdır.
Müəllif: Adəm
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər






.jpg)








.jpg)



.jpg)




.webp)










.jpg)
