Yaxın Şərq
İranda ABŞ qırıcısı Rusiya silahı ilə vurulub? - Sensasion iddia
ABŞ-ın F-15E qırıcısının İranın hava məkanında vurulması ilə bağlı əlavə təfərrüatlar üzə çıxıb.
Publika.az xəbər verir ki, hadisənin təfərrüatları barədə hərbi ekspert, istefada olan polkovnik Viktor Litovkin TASS-a verdiyi açıqlamada maraqlı faktları bölüşüb.
Ekspertin sözlərinə görə, qırıcının vurulmasında Sovet və ya Rusiya istehsalı olan hava hücumundan müdafiə (HHM) sistemlərinin iştirakı ehtimalı yüksəkdir. Litovkin bildirib ki, zərbə İranın arsenalında olan "Tor-M1" zenit-raket kompleksi ilə endirilə bilərdi. Bu kompleksin mobilliyi və bir neçə on kilometr məsafədə hədəfləri məhv etmə qabiliyyəti onu belə əməliyyatlar üçün effektiv edir.
Bundan əlavə, ekspert daha böyük məsafədən hədəf seçə bilən S-300 sistemlərinin, həmçinin aşağı hündürlükdə uçan hədəflər üçün "İqla" və "Verba" kimi daşınan zenit komplekslərinin də tətbiq olunmuş ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, aprelin 3-də məhv edilən qırıcının hər iki heyət üzvü katapult edə bilib. "Axios" portalının məlumatına görə, pilotlar hadisədən bir neçə saat sonra ərazidən təxliyə olunublar. Lakin xilasetmə əməliyyatı ABŞ və İsrail üçün ağır nəticələnib.
"Military Watch Magazine"in aprelin 5-də yaydığı məlumata görə, xilasetmə əməliyyatı zamanı tərəflər ümumilikdə 11 uçuş aparatını itiriblər.
Müəllif: Adəm
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər






.jpg)








.jpg)



.jpg)




.webp)










.jpg)
