Yaxın Şərq
İranın Ali Rəhbəri haradadır? - Öldüyü deyilən Xamenei ilə bağlı RƏSMİ AÇIQLAMA
İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin səhhəti və harada olması ilə bağlı yayılan müxtəlif şayiələrə son qoyulub.
Publika.az xəbər verir ki, ölkənin xarici işlər nazirinin müavini Səid Xatibzadə Xameneinin durumu ilə bağlı mühüm bəyanat yayıb.
O bildirib ki, Müctəba Xamenei hazırda tam sağlamdır və ölkədəki vəziyyətə nəzarət edir: "Onun rəsmi təyinatdan sonra ictimaiyyət qarşısına çıxmaması isə birbaşa təhlükəsizlik məsələləri ilə bağlıdır".
Diplomatın sözlərinə görə, bölgədəki gərgin və təhlükəli şərait səbəbindən Ali Rəhbər hələlik kütləvi tədbirlərdə iştirak etmir.
Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ-ın birgə əməliyyatı nəticəsində İranın sabiq Ali Rəhbəri Əli Xamenei və bir neçə yüksək rütbəli rəsmi şəxs həlak olmuşdu. Müctəba Xameneinin həmin vaxtdan bəri görünməməsi onun da sui-qəsd qurbanı olduğu və ya ağır yaralandığı barədə ciddi müzakirələrə yol açmışdı.
Müəllif: Adəm
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO




































