Yaxın Şərq
Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq
İsrailin maliyyə naziri Batsalel Smotriç yəhudi dövlətinin sərhədlərinin Qəzza, Livan və Suriyanı əhatə edəcək şəkildə genişləndirilməsinə çağırıb.
Publika.az xəbər verir ki, “Ynet” portalı onun sözlərini sitat gətirib: “Qəzzada sərhədlərimizi genişləndirmək siyasi bir addım olacaq, Livanda sərhədlərimizi Litani çayına qədər, Suriyada, ən azı Hermon dağının zirvəsinə qədər ərazilərin ilhaq edilməsi qətiyyətli bir siyasi addım olacaq”.
Baş nazir Benyamin Netanyahu İsrail kabinetinə Livanla birbaşa danışıqlara başlamağı tapşırıb. “Axios”un məlumatına görə, danışıqlar gələn həftənin əvvəlində başlaya bilər. Dialoqun əsas məqsədlərinin Livan “Hizbullah” qruplaşmasının tərksilah edilməsi və iki ölkə arasında sülhün bərqərar olması olduğu bildirilir.
Müəllif: Tural
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO




































