Yaxın Şərq
Sülh Şurası Qəzza zolağında hərbi baza tikəcək
ABŞ-ın himayəsi altında yaradılmış Sülh Şurası Qəzza zolağında hərbi bazanın tikintisi üzrə ilk müqaviləni bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
İlk mərhələdə obyekt 150 mərakeşli hərbçinin yerləşdirilməsi üçün nəzərdə tutulub, gələcəkdə isə baza 5000-ə qədər beynəlxalq qüvvəni qəbul edə biləcək. Müqavilə ABŞ-ın "Arkel International" şirkətinə verilib.
Analitiklər nəşrlə söhbətdə qeyd ediblər ki, Qəzzada bazanın yaradılması "sülhməramlılıq" deyil, beynəlxalq qüvvələr adı altında anklav üzərində hərbi nəzarətin möhkəmləndirilməsidir.
Tənqidçilər hesab edirlər ki, Qəzzanın bərpası ilə məşğul olmalı olan Sülh Şurası əslində Amerika hərbi ekspansiyasının alətinə çevrilir.
Hüseyn İbadlı
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi








































