Yaxın Şərq
İran: Razılaşmaya çox yaxınıq!
İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındırlar, lakin onun açılışı digər şərtlərdən də asılıdır.
Publika.az İran Xarici İşlər Nazirliyinin (XİN) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri Abbas Əraqçi avqustun 8-i keçirilən mətbuat konfransında bildirib.
"Omanla Hörmüz boğazının idarə edilməsinin hüquqi mexanizmi və gəmilərin hərəkət marşrutunun müəyyənləşdirilməsi üzrə danışıqlar davam edir. Biz razılaşmaya çox yaxınıq, lakin boğazın açılması ABŞ-nin İslamabad memorandumu ilə bağlı yol verdiyi pozuntuların nəticələrinin aradan qaldırılması da daxil olmaqla digər şərtlərdən asılıdır", - o deyib.
Əraqçinin sözlərinə görə, daha əvvəl qüvvədə olan gəmilərin hərəkətinin ayrılması sistemi artıq İranı qane etmir. Əhəmiyyətli texniki və hüquqi çətinliklərlə müşayiət olunan yeni sxemin hazırlanması zəruridir.
"Bu çətinliklər nəzərə alınmaqla, hazırda müvəqqəti marşrut müzakirə olunur. O, yeni daimi sxem razılaşdırılana qədər fəaliyyət göstərəcək və onun əsasına çevriləcək. İran və Omanın hərbi və hərbi dəniz nümayəndələri mövcud xəritələr əsasında danışıqlar aparıblar. Bu danışıqlara yekun vurulduqdan sonra yeni marşrut müəyyən ediləcək", - nazir qeyd edib.
Əraqçi həmçinin ABŞ-ni İslamabad memorandumunu pozmaqda günahlandıraraq bildirib ki, hər belə hal ayrı-ayrılıqda nəzərdən keçirilməlidir.
"İran memorandumun beşinci bəndini yerinə yetirib, buna əsasən bir ay ərzində gəmiçilik adi səviyyəyə qayıtmalı idi. İki həftə ərzində onun intensivliyi normal səviyyənin 60%-nə çatmışdı. Lakin amerikalılar, İranın xəbərdarlıqlarına baxmayaraq, İranın boğazın idarə edilməsindəki rolunu şübhə altına almağa çalışaraq, Hörmüz boğazında yeni marşrutların yaradılmasına nail olmağa başladılar. Memorandumun pozulması və bu rolun mübahisələndirilməsi Tehran üçün qətiyyən qəbuledilməzdir", - Əraqçi deyib.
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi















.png)

















.jpg)

