Yaxın Şərq
Xamenei müəmması böyüyür - "Köhnə videodur, amma sağdır" deyirlər
Xəbər verdiyimiz kimi İranın yeni Ali rəhbəri Müctəba Xamenei ilə bağlı yeni məlumatlar yayılıb.
O, son beş ayda ilk dəfə olaraq kameralar qarşısına çıxıb. Görüntülər İranın dövlət xəbər agentliyi olan "Mehr" tərəfindən Telegram kanalında yayımlanıb.
Publika.az xəbər verir ki, video sosial şəbəkələrdə geniş yayıldıqdan sonra TASS agentliyi görüntülərin yeni olmadığını yazıb. Nəşr İrandan olan mənbəsinə istinad edib. O, qeyd edib ki, Müctəba Xameneinin yayımlanan yeni videosu onun İranın Ali lideri olmazdan əvvəl çəkilən görüntüləridir.
Mənbə agentliyə açıqlamasında deyib: "Bu, köhnə videodur. O, Müctəba Ali lider olmazdan əvvəl çəkilib".
TASS-ın iranlı mənbəsi onu da xüsusi olaraq vurğulayıb ki, Xameneinin hazırda səhhəti yaxşıdır. Lakin təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq ictimaiyyət qarşısına çıxmır.
Bəzi mənbələr son aylarda Müctəba Xameneinin görüntülərinin yayılmamasını onun səhhətində ciddi problemlərin olması və ya yeni Ali rəhbərin də hücumlardan sonra şəhid edilməsi ilə əlaqələndirilir.
Xatırladaq ki, Müctəba Xamenei martın əvvəlində, ABŞ və İsrailin hava hücumundan, Əli Xameneinin ölümündən sonra İranın Ali rəhbəri olub. Xameneinin dəfn mərasimi təhlükəsizliklə bağlı yaranan narahatlıqlar səbəbindən bir neçə ay təxirə salınmışdı. Dəfn mərasimi iyulun 9-da İranın Məşhəd şəhərindəki İmam Rza ziyarətgahında baş tutdu.
Müəllif: Tural
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi









































