Yaxın Şərq
Netanyahu: "Biz saxta yox, real silahsızlaşdırmadan danışırıq"
İsrail Sülh Şurası tərəfindən Qəzzada nizamlanma üzrə təklif olunan 15 bəndlik planın şərtlərini rədd edir.
Publika.az "Ynet"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında bildirib.
Qeyd edək ki, sənəd İsrail və HƏMAS arasındakı razılaşmaya dair yol xəritəsi çərçivəsində dərc edilib. Sənədə əsasən, təşkilat tamamilə tərk-silah olunmalıdır.
"İsrailin Müdafiə Qüvvələri (İMQ) HƏMAS tərk-silah edilməyənə qədər qoşunlarını geri çəkməyəcək, mən tərk-silah dedikdə bütün silahları nəzərdə tuturam. Biz saxta yox, real silahsızlaşdırmadan danışırıq. Bu məsələni amerikalılarla müzakirə edirik, onların ideyaları var, bəzi planlar bizim üçün məqbuldur, bir qismi isə yox", - Netanyahu vurğulayıb.
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi









































