Yaxın Şərq
Suriyanın Xmeymim aeroportu mülki statusunu bərpa etdi
Suriyada Xmeymim aeroportuna mülki status qaytarılıb.
Publika.az xəbər verir ki, bu barədə Suriyanın "Al-Ekhbariya" telekanalında ölkənin Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsi rəhbərinin açıqlamasına istinadla məlumat yayıb.
Lazıqiyyədə yerləşən Xmeymim beynəlxalq aeroportu rəsmən Suriyanın mülki hakimiyyət orqanlarına təhvil verilib. Xüsusi komissiya uçuş-enmə zolaqlarının, avadanlıqların və təhlükəsizlik sistemlərinin vəziyyətini yoxlamağa başlayıb. Yoxlamanın yekunlarına əsasən, hava limanının fəaliyyətinin bərpası və sərnişin reyslərinin qəbulu üçün zəruri olan yenidənqurma planı hazırlanacaq.
Obyektin statusunun dəyişdirilməsi Moskva və Dəməşq arasında əldə olunmuş yeni razılaşmalarla bağlıdır. 2015-ci ilin sentyabrından Xmeymim aerodromundan Rusiya aviasiya qrupunun əsas bazası kimi istifadə olunub. Hazırda imzalanmış qarşılıqlı anlaşma meyorandumu çərçivəsində Xmeymim və Tartus hərbi bazaları formatını dəyişərək birgə hazırlıq və təlim mərkəzlərinə çevriləcək.
Hüseun İbadlı
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi









































