Yaxın Şərq
Netanyahudan SƏRT MESAJ - “Baş nazir olduğum müddətdə...”
İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü bəyan edib ki, ABŞ və ərəb ölkələri ilə diplomatik danışıqların gedişindən asılı olmayaraq, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Bir daha vurğulamaq istəyirəm ki, razılaşma ilə və ya razılaşmasız, mən baş nazir olduğum müddətdə İranın nüvə silahı olmayacaq", - deyə Netanyahu hökumətin iclasında bildirib.
İsrailin Baş naziri uzun müddətdir ki, Tehranın nüvə silahı əldə etməyə can atdığını iddia edir, İran isə bunu dəfələrlə təkzib edib.
İranın nüvə proqramı məsələsi İsrail və İran münasibətlərində gərginliyin əsas amillərindən biri, eləcə də Vaşinqtonun diplomatik səylərinin mövzusu olaraq qalır.
Hüseyn İbadlı
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi









































