Yaxın Şərq
Netanyahu Trampın Qəzza planını rədd etdi: İsrail geri çəkilməyəcək
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı hazırladığı 15 bəndlik sülh planını rədd edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Netanyahu ilə Tramp arasında nadir hallarda baş verən açıq fikir ayrılığı kimi qiymətləndirilir.
Netanyahu bildirib ki, İsrail ordusu HƏMAS tamamilə silahsızlaşdırılmayana qədər Qəzzadan geri çəkilməyəcək.
“İsrail 15 bəndlik sənədi qəbul etmir. HƏMAS silahsızlaşdırılmayana qədər İsrail Müdafiə Ordusu heç bir geri çəkilmə həyata keçirməyəcək. Söhbət həqiqi, formal olmayan silahsızlaşdırmadan gedir”, - Netanyahu deyib.
Trampın iyul ayında irəli sürdüyü plana əsasən, HƏMAS silahlarını təhvil verməli, bunun müqabilində İsrail qüvvələri Qəzzadan tamamilə çıxmalı və bundan sonra ərazinin idarəçiliyi müstəqil Fələstin milli komitəsinə verilə bilər.
Lakin Netanyahu əvvəlcə HƏMAS-ın tamamilə tərksilah edilməsini tələb edir. O, həmçinin ABŞ-ın Qəzza, Livan və İran müharibələrinin İsrailin razılığı olmadan dayandırılması istiqamətində təzyiq göstərdiyini bildirib.
Trampın Qəzza üzrə “Sülh Şurası”nın nümayəndəsi Nikolay Mladenov isə İsrailin mövqeyinə cavab olaraq planın dəyişmədiyini və onun “irəliyə doğru yeganə yol” olduğunu açıqlayıb.
Netanyahunun sərt mövqeyi Trampın regionda sülhə vasitəçilik etmək planlarına ciddi zərbə kimi qiymətləndirilir.
Qeyd edək ki, İsrail və ABŞ-da qarşıdakı seçkilər fonunda bu açıq qarşıdurmanın iki ölkə arasındakı münasibətlərə necə təsir edəcəyi diqqət mərkəzindədir.
Müəllif: Adəm
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığa məhəl qoymadı
-
Ekologiya07:17Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
İdman06:46Həbib rəqiblərini belə sındırırmış: Qəfəsdə şeyx idim
-
Magazin206:16Çılpaq fotoları ilə şantaj edilən məşhur: “Amansız ittihamlar məni məhv etdi” - FOTO
-
İdman04:14Fransa millisinin oyunçusu PSJ-yə keçdi


















.jpg)



















