Yaxın Şərq
İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
İran və Oman Hörmüz boğazından keçən gəmiçilik üçün yeni marşrutların yaradılması ilə bağlı razılaşma əldə etməyə yaxındır.
Publika.az xəbər verir ki, bu barədə İran hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, dünyanın ən mühüm nəqliyyat marşrutlarından biri ətrafında müzakirə gərginliyin davam etdiyi bir vaxtda aparılır.
Qeyd edək ki, Tehran bundan əvvəl Hörmüz boğazından normal gəmiçilik fəaliyyətinin bərpası ilə bağlı şərtləri müzakirə etməyə hazır olduğunu açıqlamışdı. İran hakimiyyəti boğazdan keçidlərin açılmasını bir sıra tələblərin yerinə yetirilməsi və digər ölkələrlə razılaşmaların əldə olunması ilə əlaqələndirir.
Xatırladaq ki, Hörmüz boğazındakı vəziyyət dünya enerji bazarı üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, beynəlxalq neft tədarükünün mühüm hissəsi bu marşrutdan keçir.
Müəllif: Adəm
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi








































