Yaxın Şərq
İsrail ordusunda nəzarət böhranı: Ehtiyat qüvvələr əmrə məhəl qoymur
İsrail ordusunun Qərb Sahilində fəaliyyət göstərən regional müdafiə bölmələrində ciddi nəzarət problemi yaşandığı bildirilir.
Publika.az xəbər verir ki, “Haaretz”in məlumatına görə, bu bölmələrdə xidmət edən bəzi ehtiyat hərbçilər ordunun əmrlərinə tabe olmadan, müstəqil qüvvə kimi hərəkət edir.
Qəzetə danışan İsrail hərbçiləri bəzi ehtiyat qüvvələrin həm fələstinlilərə qarşı zorakılıq törətdiyini, həm də onlara nəzarət etməyə çalışan İsrail əsgərlərini təhdid etdiyini bildiriblər.
Məlumata görə, 2023-cü il oktyabrından sonra Qərb Sahilindəki yaşayış məntəqələrində və fələstinli kəndlərinin yaxınlığında xidmət üçün regional müdafiə bölmələrinə təxminən 5 500 israilli cəlb edilib.
İsrail əsgərlərindən biri vəziyyəti belə ifadə edib: “Bütün gün bir hadisədən digərinə köçkün israillilərin arxasınca qaçırıq və onlar bizə heç əhəmiyyət vermirlər”.
“Haaretz”in məlumatına görə, bu bölmələrin bəzi üzvlərinin fələstinlilərə qarşı zorakılıq, təhdid və mülklərə zərər vurma hallarına qarışdığı sənədləşdirilib.
Akqabay
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











